-
- 22-08-2020, 17:34
- 1 364
"20 gündə iki ağır itki" - VÜSALƏ ƏLİZADƏ
Tanınmış teleaparıcı sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.
News24.az xəbər verir ki, o, koronavirusdan vəfat edən həkim-nevroloq Məmmədov Qərib və onun həyat yoldaşı Elmira xanımın fotosunu “İnstagram”da paylaşaraq bu sözləri yazıb: “Həyat, hər insan sənin qonağın olduğunu bilir. Bir gün gözün qaralar, çərxi-fələyin tərsinə dönər, sözünü, arzu-istəklərini ürəyində qoyub, illərlə dişi, dırnağı ilə yığıb topladığını əlindən alıb, yarı yolda əlacsız, köməksiz qapı önünə qoyarsan bu qonağı. Bütün bu ərköyünlüyünü bildiyi halda səni sevir, sarılır, sahiblənir, iki əli və bütün varlığı ilə səndən bərk-bərk yapışır insan...Sən daha güclü, daha amansız, daha çox xəyanətkar, daha çox acgözsən, həyat. Bizdə qonağı belə yola salmazlar, həyat. Bax insanla sənin ən böyük fərqin də elə budur. Lənətə gəlmiş virus düzənimizi çox dəyişdi, dünyamızı çox sarsıtdı. 20 gündə iki ağır itki. İki gözəl ziyalı insan, savadlı və peşəkar həkim, ata-ana, nənə-baba itirdik. Allah rəhmət eləsin, məkanları cənnət olsun”.
Sevda Bayramova