-
- 22-08-2020, 20:02
- 915
ETSN faktiki havanı AÇIQLADI
Avqustun 22-si saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir, Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.
Şimal-qərb küləyi arabir Neftçalada 28 m/s, Ağstafa, Salyan, Naxçıvan, Zaqatalada 18 m/s, Mingəçevir, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında : Bakıda 31 m/s, Çilov adasında 26 m/s, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.