Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?
    • 6-10-2018, 16:55
    • 1 070

Nurməhəmmədov – Makqreqor döyüşünə necə baxaq?

Bütün dünyanın diqqət mərkəzi sabah ABŞ-ın Las Veqas şəhərində olacaq. 

Yüngül çəkidə rusiyalı məğlubedilməz UFC çempionu Həbib Nurməhəmmədovla Konor Makqreqor ən güclünün kim olduğunu müəyyənləşdirməyə çalışacaq.

Bəs görəsən, bu görüşü ölkəmizdə necə izləmək olacaq? Görüşü Azərbaycan telekanallarından “CBC Sport” yayımlayacaq. UFC görüşlərinin yayım hüqüquna malik olan kanal sabah 05:58-dən etibarən yayıma başlayacaq. 

Bundan başqa, qonşu ölkələrdən Rusiyanın “Matç! Boyets” və Türkiyənin “S Sport+” telekanalları da bu döyüşü göstərəcək.

Bu görüşün ilkin olaraq Bakı vaxtı ilə 08:30-da başlayacağı gözlənilir. Lakin digər dörd görüş daha erkən başa çatarsa, bu döyüş daha erkən başlaya bilər.

Qeyd edək ki, bu görüşdən əvvəl qadınlarda Mişel Vatersonla Felis Heriq, ağır çəkidə Derik Luislə rusiyalı Aleksandr Volkov, yarımağır çəkidə Haiti mənşəli Ovins Sent Prö ilə Dominik Reyes və yüngül çəkidə Toni Ferqyusonla Antoni Petis qarşılaşacaq.
//Oxu.Az