Konor Həbiblə revanş döyüşü keçirmək istəyir - FOTO
    • 9-10-2018, 15:10
    • 1 336

Konor Həbiblə revanş döyüşü keçirmək istəyir - FOTO

İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.
Makqreqor bunu öz "Twitter" mikrobloqunda yazıb.
"Əla zərbədir, revanş döyüşünü gözləyirəm", - deyə irland qaydasız döyüşçü yazıb.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.

//Unikal.org