Saxta pasport istifadəsinə görə həbs edilən Ronaldinyo AZADLIQDA
    • 25-08-2020, 09:41
    • 648

Saxta pasport istifadəsinə görə həbs edilən Ronaldinyo AZADLIQDA

Martın əvvəlində saxta sənəd istifadə etdiyinə görə həbs edilən əfsanəvi braziliyalı futbolçu Ronaldinyo ev həbsindən azad edilib. 

News24.az "France Press"ə istinadən xəbər verir ki, məhkəmə futbolçunun qardaşı ilə bağlı da oxşar qərarı verib.

Xatırladaq ki, aprel ayının əvvəllərində Braziliya milli komandasının keçmiş yarımmüdafiəçisi bir aylıq həbsdən sonra Paraqvay həbsxanasından çıxaraq otellərdən birində ev dustaqlığı altına alınaraq özünü təcridə göndərilib.

Hazırda 40 yaşlı braziliyalı 90 min dollar cərimə ödədikdən sonra vətəninə qayıda biləcək.