-
- 25-08-2020, 15:58
- 601
İlham Əliyev: "Bu yarışlar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək"
“Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev bildirib: “Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.
Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik”.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir: “Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var.
Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm.
Bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir”.