Ötən il evlənmək məqsədi ilə 19 QADIN QAÇIRILIB
    • 25-08-2020, 16:14
    • 723

Ötən il evlənmək məqsədi ilə 19 QADIN QAÇIRILIB

Dövlət Statistika Komitəsi ötən ilə aid Azərbaycanda şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlərlə bağlı göstəriciləri açıqlayıb. Onların sayı 227-dir.

News24.az xəbər verir ki, göstəricilərə əsasən 2019-cu ildə 30 adam oğurluğu qeydə alınıb. Onlardan evlənmək məqsədi ilə qadın oğurluğunun sayı 19, insan alveri 146, məcburi əmək 4, digər hadisələrin sayı isə 47-dir. 

Ötən il şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin sayı 212 olub. Bu cinayətlərin arasında 22-si zorlama, 190-nı isə digər formalara aiddir.