Bulvarda bir nəfər intihara cəhd etdi
    • 25-08-2020, 17:51
    • 806

Bulvarda bir nəfər intihara cəhd etdi

Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.