Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb
    • 5-07-2019, 09:24
    • 1 294

Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb

Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.