-
- 25-08-2020, 18:39
- 687
"Ermənistan hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə çalışır" - NAZİR
"Əvvəla, münaqişə zonasında atəşkəs rejiminin monitorinq mexanizmi artıq mövcuddur. Bu funksiyaları ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya həyata keçirir".
News24.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atəşkəs rejiminin nəzarətdə saxlanılması ilə bağlı müxtəlif beynəlxalq mexanimlərin cəlb olunmasının vacibliyi ilə əlaqədar suala cavabında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi öz hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə, danışıqlar prosesini uzatmağa və ikinci dərəcəli vəzifələrin həllinə çalışır: "Biz əsas vəzifələrin həllində cəmləşməyi zəruri hesab edirik. Gərginliyin olmasının əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Ona görə də işğalın özünün aradan qaldırılması, yəni, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması lazımdır. İşğalçı qüvvələrin çıxarılması cədvəlinin razılaşdırılması danışıqların predmeti olmalıdır. Monitorinq məsələsini qoşunların çıxarılması və qovulmuş əhalinin geri qaytarılması kontekstində nəzərdən keçiririk. Bu istiqamətdə növbəti fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır", -deyə Azərbaycan XİN başçısı vurğulayıb. /APA/