Ali məktəblərdə sentyabrın 15-dən onlayn tədris ili start götürəcək - Nazir
    • 27-08-2020, 17:28
    • 715

Ali məktəblərdə sentyabrın 15-dən onlayn tədris ili start götürəcək - Nazir

"Peşə təhsil müəssisələrində təhsil üzrə iki komponent var. Ümumtəhsil distant və onlayn formada aparılacaq. Peşə təhsili isə müvafiq kurslarla reallaşacaq. Ali təhsil müəssisələrində sentyabrın 15-dən etibarən onlayn formada tədris ili start götürəcək. 15 oktyabr tarixindən etibarən bəzi ixtisaslar üzrə təhsil nazirliyi razılaşdırılmış şəkildə əyani təhsilə icazə verilməsini planlaşdırırıq. Vəziyyətdən asılı olaraq qərar dəyişə bilər".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.