Zelenskiyə qara kəmər verildi
    • 28-08-2020, 12:20
    • 539

Zelenskiyə qara kəmər verildi

Ukrayna prezidenti Vladimir Zelenski karatedə qara kəmər sahibi olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənəd və yapon dilində yazılı soyadı olan kəmər ona Uşaq və Gənclər Olimpiya Ehtiyatları Məktəbində təqdim edilib.

Səfər zamanı prezident həmçinin kata proqramında ənənəvi karate üzrə dünya çempionu olmuş ən gənc ukraynalı qadın Arianna Murzenko ilə görüşüb.

Qeyd edək ki, Vladimir Zelenski Tay boksu və üzgüçülüklə məşğuldur. Həftədə 5 dəfə səhər məşq edir. Onun karate ilə də məşğul olması ilə bağlı heç bir məlumat yox idi.