Zelenski onların ailələrinə maddi yardım göstərəcək
    • 12-01-2020, 00:24
    • 1 059

Zelenski onların ailələrinə maddi yardım göstərəcək

Ukrayna hökuməti İranda səhvən vurulan “Boeing” təyyarəsində həlak olanların ailələrinə maddi yardım göstərəcək və dövlət onlara bütün kompensasiyaları almaqda kömək edəcək.

News24.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna xalqına videomüraciətində bildirib.

Vladimir Zelenski bildirib ki, Ukrayna qəzanın səbəblərini müəyyən etmək üçün sistemli şəkildə və təlaşsız işləyib:  “Hökumət ölənlərin ailələrinə maddi yardım göstərəcək. Dövlət, həmçinin daşıyıcı şirkətdən, sığorta şirkətlərindən və İran İslam Respublikasından kompensasiya almaq üçün hər cür səy göstərəcək”.

Zelenski qeyd edib ki, İranda qəza yerində çalışan ukraynalı mütəxəssislərin yüksək peşəkarlığı faciə ilə bağlı həqiqəti gizlətməyə imkan verməyib: “Ukraynalı mütəxəssislərin İrandakı işlərini xüsusilə qeyd etmək istəyirəm. Onların yüksək peşəkarlığı və səmərəliliyi, Tehranda aşkar edilmiş ilkin göstəricilər və sübutlar həqiqəti gizlətməyə imkan vermədi”.

Hazırda İranda qəzanın səbəblərini araşdırmaq üçün 45 ukraynalı mütəxəssis çalışır.