Sabah küçəyə çıxmamaq tövsiyə edilir
    • 28-08-2020, 13:18
    • 556

Sabah küçəyə çıxmamaq tövsiyə edilir

Sabah, avqust ayının 29-u səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından daxil olan məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. /qafqazinfo/