-
- 28-08-2020, 13:59
- 1 088
Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ: "SENTYABRDAN..."
Məlum olduğu kimi, ötən gün Təhsil naziri Emin Əmrullayev pandemiya dönəminə uyğun olaraq yeni tədris ili ilə bağlı bir sıra qanunları ictimaiyyət üçün açıqlayıb. Lakin qərarlar arasında bir sıra qurumların fəaliyyəti haqda məlumat verilməyib. Onlardan biri də məhz sürücülük kurslarıdır.
Maraqlıdır, görəsən, sürücülük kursları da sentyabr ayından etibarən müəyyən şərtlərə uyğun olaraq fəaliyyət göstərəcək?
"Xəzər-Qərb" xanımlar üçün sürücülük kurslarının nümayəndəsi mövzuyla bağlı News24.az-a açıqlamasında bildirib ki, nəzəriyyə dərslərinin onlayn şəkildə keçirilməsi nəzərdə tutulub, amma bu dəyişə də bilər: "Ola bilsin ki, sentyabrdan məktəbimiz əyanı şəkildə fəaliyyət göstərdi. Biz də qanunun qüvvəyə minməsini səbirsizliklə gözləyirik. Ola bilsin ki, bir həftə onlayn, daha sonra əyanı şəkildə dərslərimiz keçirilsin. Lakin təlim dərslərimiz hazırda həyata keçirilir. Xanımlarımız fərdi şəkildə təlim dərslərdən keçərək imtahana daxil ola bilərlər".
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də məsələyə münasibətini bildirib: "Kurslarla bağlı təlim-tədris qaydalarında müəyyən dəyişikliklər olsa və onların açılmasına icazə verilsə, o zaman dərslər fəaliyyətə başlayacaq. Hələ ki, bununla bağlı bir dəyişiklik yoxdur. Bununla yanaşı, müstəqil şəkildə qanunvericiliyə uyğun imtahana hazırlaşan sürücülərimiz də var. Onların imtahana girişində heç bir məhdudiyyət yoxdur. Ola bilər ki, müəyyən kurslar onlayn şəkildə də fəaliyyət göstərsinlər. Zənnimcə, bu üsül gələcək sürücülər üçün daha da rahat olar və sürücülük kurslarının fəaliyyəti ilə bağlı qərarlar növbəti həftələrdə açıqlanacaq".
Sevda Bayramova