Azərbaycanda məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi açıqlandı
    • 29-08-2020, 13:11
    • 1 071

Azərbaycanda məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi açıqlandı

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində və ümumi təhsilin məktəbəhazırlıq mərhələsi üzrə dərslərin əyani başlayacağı tarix açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarında bildirib. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlayacaq.

Ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə dərslər isə oktyabrın 1-dən başlayacaq.