-
- 31-08-2020, 11:12
- 488
Dini mərasim keçirmək adı ilə ictimai qaydanı pozmağa cəhd edən Astara sakinləri həbs edildi
Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir neçə şəxsin edilən xəbərdarlıqlara rəğmən “Aşura” mərasimi keçirmək adı ilə məscidə daxil olmaq istədiyini aşkarlayıblar. Polisin qanuni tələblərinə tabe olmayan və ictimai qaydanı pozmağa cəhd edən həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətilib. Onların Astara rayonunun Ərçivan qəsəbə sakinləri İ.Şükürov və N.Məmmədov, Süparibağ kənd sakinləri V.Mikayılov və Ş.Abdullayev olduqları müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə toplanmış materiallar Astara Rayon Məhkməməsinə göndərilib və məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs olunublar.