Xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə nə qədər pul xərcləyir? - Açıqlandı
    • 31-08-2020, 18:46
    • 1 092

Xarici vətəndaşlar Azərbaycanda bank kartları ilə nə qədər pul xərcləyir? - Açıqlandı

2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə xərclədiyi vəsaitin həcmi açıqlanıb.

News24.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunur ki, 2020-ci ilin yanvar-iyul ayında əcnəbilər tərəfindən bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.

Bildirilir ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur. Bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.