Azərbaycan yığmasının iki oyunu təxirə salınıb
    • 31-08-2020, 18:51
    • 978

Azərbaycan yığmasının iki oyunu təxirə salınıb

Azərbaycan millisinin qadınlardan ibarət futbol komandaları arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan iki oyunu təxirə salınıb.

News24.az AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında gələn ilə təxirə salınıb.

Qarşılaşmaların 2021-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub.