Sükan arxasında yuxuya getdi, öldü... - Foto
    • 1-09-2020, 13:35
    • 435

Sükan arxasında yuxuya getdi, öldü... - Foto

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Nəvai kəndində qeydə alınıb.
Belə ki, Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu idarə etdiyi 54-BM-476 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-21 06” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək dəmir səddə çırpıb.

Qəza zamanı sürücü O.Qiyaslı hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisəyə sürücünün sükan arxasında yatması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.