Bu ölkənin vətəndaşları üçün koronavirus peyvəndi PULSUZ OLACAQ
    • 2-09-2020, 09:38
    • 533

Bu ölkənin vətəndaşları üçün koronavirus peyvəndi PULSUZ OLACAQ

Yaponiya hökuməti ölkənin bütün vətəndaşları üçün COVID-19-a qarşı peyvəndi pulsuz təşkil etmək niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ilk növbədə peyvənd yoluxma riski yüksək olan vətəndaş qruplarını əhatə edəcək. Bunlar yaşlı insanlar və yoluxmuş xəstələrlə təmasda olan səhiyyə müəssisələrinin işçiləridir.

Ölkə səlahiyyətliləri cari həftə ərzində müvafiq məsələyə baxmağı düşünürlər.

Qeyd edək ki, pandemiya zamanı Yaponiyada koronavirusa 69,8 mindən çox yoluxma hadisəsi qeydə alınıb. Ən azı 1,3 min nəfər ölüb.