-
- 2-09-2020, 10:48
- 1 086
10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı istintaqın müddəti UZADILDI
Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən kənd sakini İlkin Süleymanovun təqsirləndirilənməsinə dair cinayət işinin istintaq müddəti uzadılıb.
Bu barədə News24.az-a mərhumun atası Şərif Quliyev məlumat verib.
O bildirib ki, istintaq müddəti bu ilin dekbarın 28-nə qədər artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Xatırladırıq ki, qətllə bağlı istintaq Baş Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev tərəfindən aparılır.