-
- 2-09-2020, 12:11
- 518
Baş Prokurorluq Türkiyə vətəndaşının 15 min manatını ələ keçirənlərlə bağlı MƏLUMAT YAYDI
Avqustun 31-də “fatih_turan_1977” adlı istifadəçinin Baş Prokurorluğun “prokurorluq” adlı instaqram sosial şəbəkəsinə müraciəti Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşın müraciətinin operativ həlli və müraciətə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarələrə təqdim olunub.
Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, müraciət nəzarətə götürülməklə araşdırma aparılması barədə verilmiş göstəriş əsasında paytaxtın Xətai rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Turan Fatih Hüseyn oğlu Abşeron rayon prokurorluğuna dəvət edilərək dinlənilmiş, F.Turan Vüsal və Sürxan adlı şəxslərin onun 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciəti əsasında aparılmış araşdırmanın nəticəsindən narazı olduğunu, dələduzluq faktına görə obyektiv araşdırma aparılmaqla ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Toplanmış materiallar rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilmiş, material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv olunmaqla fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilb.
Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol vermiş və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.