Baş Prokurorluq bunu İLK DƏFƏ ETDİ - VİDEO
    • 21-08-2020, 16:36
    • 472

Baş Prokurorluq bunu İLK DƏFƏ ETDİ - VİDEO

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilib. 

News24.az xəbər verir ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınıb. 

Sessiya zamanı 107 müraciət daxil olmuş, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilmişdir. 
Bundan başqa, sessiya zamanı işə qəbul olunma ilə bağlı suallar ətraflı cavablandırılıb. 

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də keçiriləcək.