Dənizdə batan oğlanın 25 yaşı var - YENİLƏNİB
    • 2-09-2020, 15:28
    • 841

Dənizdə batan oğlanın 25 yaşı var - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.

News24.az
FHN-nin saytına istinadən məlumatına görə, Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

****

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.