Azərbaycan milllisinin yeni şüarı açıqlanıb
    • 2-09-2020, 15:30
    • 775

Azərbaycan milllisinin yeni şüarı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının yeni şüaarı açıqlanıb. 

News24.az AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!" şüarıdır. 

Yığmanın oyunları koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçiriləcəyi üçün AFFA onların mənəvi dəstəyini hiss etdirmək məqsədi ilə yığmanın yeni mövsümündə köhnə-yeni şüarından istifadə edəcək. 

Qeyd edək ki, Millətlər Liqasının ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.