Koronavirusun yeni ünvanı NEYMAR
    • 2-09-2020, 18:14
    • 870

Koronavirusun yeni ünvanı NEYMAR

Fransanın PSJ klubunun və Braziliya millisinin futbolçusu Neymarda koronavirus aşkarlanıb. 

News24.az xəbər verir ki, 28 yaşlı hücumçunun COVID-19 testi müsbət nəticələnib. Onun Paris təmsilçisindəki komanda yoldaşları Anxel Di Maria və Leandro Parades də infeksiyaya yoluxub. 

İbiza şəhərindən qayıdan hər üç oyunçu bir həftə karantində qalacaq.