Evlənmək istəyən  395 nəfərdə  QİÇS aşkarlandı
    • 8-10-2018, 14:03
    • 848

Evlənmək istəyən 395 nəfərdə QİÇS aşkarlandı

Sentyabrda nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 23 nəfərdə sifilis, səkkiz nəfərdə isə QİÇS aşkar edilib.

Bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.Direktor bildirib ki, ötən ay ərzində ümumilikdə 10 min 237 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“292 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.