Bir ayda nikaha girmək  istəyənlərdən 12-də sifilis, 4-də QİÇS aşkarlanıb
    • 12-06-2019, 19:59
    • 988

Bir ayda nikaha girmək istəyənlərdən 12-də sifilis, 4-də QİÇS aşkarlanıb

“Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.

News24.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.
Z.Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".

İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".