Qonşusunu öldürən şəxs saxlanıldı
    • 4-09-2020, 11:16
    • 602

Qonşusunu öldürən şəxs saxlanıldı

Salyan rayonunda qonşusunu bıçaqlayaraq öldürən şəxsin kimliyi məlum olub.

Rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, sentyabrın 3-də saat 19 radələrində Salyan rayonu, Boranıkənd kəndi ərazisində 1993-cü il təvəllüdlü Hilal Hüseynov bıçaqlanması və aldığı xəsarətlərdən Salyan rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu 1979-cu il təvəllüdlü Rəşad Əhədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Hilal Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Əhədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.