-
- 4-09-2020, 13:38
- 481
Azərbaycanın bu rayonunda su qıtlığı yaranıb
Cənub Muğan kanalı və Balharı (Bolqarçay) çayının quruması Biləsuvar rayonunda yenidən su problemi yaradıb.
News24.az xəbər verir ki, bir neçə aydır davam edən su böhranı rayonun demək olar ki, bütün ərazisini əhatə edib.
Ötən ayın sonlarında rayon ərazisində yağan aramsız yağışlar sululuğun artmasına səbəb olsa da, daha sonra isti hava şəraiti yenidən çayların qurumasına gətirib çıxarıb.
Bu ilin birinci rübündən başlayan su qıtlığı daha çox rayonun Yuxarı Cürəli, Ovçubərə,Təzəkənd, Ağalıkənd, Amankənd, Dərvişli və digər kəndlərində müxtəlif problemlər yaradıb. Belə ki, mövcud vəziyyət on minlərlə sakinin içməli su təminatında problemlərin yaranmasına səbəb olub. Eyni zamanda su qıtlığı kənd təsərrüfatının müxtəlif sahələrinə mənfi təsirlər göstərib. Bu da əkinçilik, heyvandarlıq və pamqıqçılıq sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Cənub Muğan kanalı rayon əhalisinin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Hazırda kənd sakinlərinin suya əlçatanlığı şəhərin mərkəzindən sudaşıyan nəqliyyat vasitələri ilə təmin olunur.
Qeyd edək ki, Cənub Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal mənbəyini Araz çayından götürür və Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur. Balharı çayı isə mənbəyini İrandan götürməklə, mənsəbi Biləsuvarın çöl düzü olan Mahmudçalada bitir. Uzunluğu 163 km olan çayın mənbəyi Talış silsiləsində, Qarıçadağın şimal yamacından başlayır. Çayın illik axımının 90-95%-i yağış sularından əmələ gəlir. Bundan əlavə, Biləsuvarda Balharı çayının məcrasında su anbarı tikilib. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-cu ildə istismara verilib.