-
- 4-09-2020, 17:41
- 945
Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.
News24.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib:
"Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edildi”.
Xatırladaq ki, R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə R.Qazıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.