-
- 8-10-2018, 15:45
- 1 745
Cinayət aləmi krallarının həyat yoldaşları — FOTOLAR və FAKTLAR
Bir deyimə görə, uğurlu nikah kişinin uğurunun təməlidir. Bütün dünya ölkələri başçılarının həyat yoldaşlarını hamı tanıyır. Amma cinayət aləmi krallarının həyat yoldaşları barədə məlumat çox azdır.
Dünya kriminal aləmi krallarının həyat yoldaşları barədə məlumatları çatdırırıq.
1. “Qara dul”
2017-ci ilin sonunda Rio-de-Janeyro şəhərində narko baron Antonio Bonfima Lopesin həyat yoldaşı Danubiya Ranjel həbs edilib. Antonio 2011-ci ildən həbsdədir və 12 il müddətinə azadlıqdan məhrum edilib.
Antonio həbsdə olduğu müddətdə onun işləri ilə arvadı məşğul olub. Amma tezliklə Danubiya yeni dəstə başçısı tərəfindən qovulub.
Bundan sonra qadın itirilmiş gücünü geri qaytarmağa cəhd edib və Rioda əsl müharibəyə başlayıb. Müharibə başlayanda Braziliya hökuməti şəhərə ordu qüvvələri cəlb etməyə məcbur oldu. Bu zaman isə 33 yaşlı Danubiya həbs edildi. Onu ordunun 50 zabiti həbs etdi. “Qara dul”un keçmiş iki əri də cinayətkar olublar və hökumət qüvvələri ilə silahlı insident zamanı öldürülüblər.
Danubiya sosial şəbəkədə aktiv olub və fotolar paylaşıb.
Artıq bu gözəlçə 28 ilini həbsdə keçirməyə məhkum edilib.
2.”El Çapo”nun arvadı
Son onilliyin ən məşhur narko baronu Xoakin Qusman Loera ən azı 4 dəfə evlənib. “El Çapo” ləqəbi ilə tanınan narko baron sonuncu dəfə 2007-ci ildə evlənib. Onun 50, Emma Koronel Aispuronun 18 yaşı var idi. O, Sinaloa karteli rəhbərlərindən birinin qızı idi. 2012-ci ildə Emma əkiz övlad dünyaya gətirdi. Bunun üçün isə Emma ABŞ-a yola düşdü və uşaqlar Amerikada dünyaya gəldi. ABŞ qanunlarına əsasən isə ərazisində dünyaya gələn uşaqlara avtomatik olaraq vətəndaşlıq verir.
Meksika hökuməti El Çaponu üçüncü dəfə həbs etdikdən sonra onu ABŞ-a ekstradisiya etmək qərarına gəldilər. ABŞ-da məhkəmə prosesi başladı. El Çaponun xanımı ərini dəstəkləyir, məhkəməyə gəlir və ömründə ilk dəfə olaraq müsahibə verir.
3.Kralın yeganə sevgisi
Dünyanın ən məşhur narko baronu sayılan Pablo Eskobar əsl katolik kimi cəmi bir dəfə evlənib. Bu, 1976-cı ildə baş verib. O illərdə Pablo hələ təzə-təzə püxtələşməyə başlayırdı. 27 yaşlı Pablo 15 yaşlı Mariya Viktoriya Enao ilə evləndi. Medelin kartelinin rəhbərinin oğlu və qızı dünyaya gəldi.
Eskobar arvadına tez-tez xəyanət etsə də, Mariya ərini dəstəkləyirdi və rəqiblərinə qarşı daha sərt olmaq lazım olduğunu bildirirdi.
17 illik ailə həyatı sonradan dağıldı. Amma bu dəfə onları ölüm ayırdı. Eskopar hakimiyyət qüvvələri ilə silahlı insident zamanı öldürüldü. Mariya və uşaqları üçün çətin dövrlər başladı. Onlar adlarını dəyişərək Kolumbiyadan qaçdılar. Əvvəlcə Mozambika, sonra Braziliyaya, sonra isə Argentinaya köç etdilər.
Bir neçə il sonra onların şəxsiyyəti müəyyən edildi və Mariya il yarım müddətinə həbs edildi. Bu müddət ərzində onun qanunsuz əməlləri araşdırılsa da, heç nə tapılmadı və dul qadın azadlığa buraxıldı.
Mariyanın sonrakı həyatı naməlumdur. Ehtimal edilir ki, hazırda o, Şimali Karolina ştatında yaşayır.
4. “Yaponçik”in ailə sirri
Rusiya kriminal aləminin xaç atası sayılan Yaponçik ləqəbli Vyaçeslav İvankovun da ailə həyatı haqqında məlumat çox azdır. O, 20 il əvvəl ailə həyatı qurub və arvadı ilə cəmi bir fotosu var.
İvankovun arvadı Lidiya Ayvazovadır. Lidiya assuriyalılardan olan knyaz soyundan gəlir. Bu nikaha görə Vyaçeslavı bəzən “Assuriya kürəkəni” də adlandırırdılar. Cütlüyün bu nikahdan iki oğlu dünyaya gəlib. 15 il sonra onlar boşandılar.
Ayvazovanın (sağdan ikinci) olduğu yeganə foto budur. Onun solunda Yaponçik, sağında isə böyük oğlu əyləşib. Foto boşanmadan bir neçə il sonra Nyu-Yorkda lentə alınıb.
1990-cı illərin əvvəlində Yaponçik ABŞ-a gedərək rus mafiyasını qurdu. ABŞ-da isə İrina Ola adlı qadınla saxta nikaha girərək vətəndaşlıq əldə etdi.
Yaponçikin əsl sevgisi rusdilli miqrant Faina Komissar oldu. Onlar rəsmi olaraq nikaha girmədilər. Amma Yaponçikin ölümünə qədər, yəni 2009-cu ilə qədər birlikdə yaşadılar. 2009-cu ildə snayper Moskva restoranından çıxan qanuni oğrunu qətlə yetirdi.
Maraqlıdır ki, ölümündən sonra Yaponçikin başqa qadınları da üzə çıxdı. Məsələn, Nika Kuznetsova Yaponçikdən 4 yaşlı oğlu olduğunu bildirdi. Amma İvankovu tanıyan adamlar bunun yalan olduğunu dedilər. Bununla belə, Nika sonradan “Ekstrasenslərin döyüşü” müsabiqəsində də iştirak etdi...
//Ölkə.Az