-
- 8-10-2018, 16:10
- 907
İtkin düşən jurnalistə görə iki dövlət arasında qalmaqal
Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Valid bin-Əbdülkərim əl-Khereiji ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomatdan Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan səudiyyə ərəbistanılı jurnalist Camal Qaşıqçı ilə bağlı konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub.
Tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Səudiyyə Ərəbistanının Ankaradakı səfiri oktyabrın 5-də Türkiyə XİN-ə çağırılıb və ondan C.Qaşıqçının konsulluğa daxil olduqdan sonra itkin düşməsi məsələsinə aydınlıq gətirməsi tələb olunub.
Türkiyə-Səudiyyə Ərəbistanı Jurnalistlər Birliyinin sədri Turan Kışlakçı oktyabrın 8-də deyib ki, jurnalist C.Qaşıqçı öldürülüb, meyiti isə 15 hissəyə ayrılaraq naməlum yerə atılıb və qətlin izi itirilib: “Diplomatiya tarixində belə bir vəhşilik yaşanmayıb. Konsulluğa qonaq olaraq gələn bir nəfər qətlə yetirilib. Bu qəbul olunmaz haldır. Türkiyə polisi və Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də bununla bağlı açıqlamalar verib, bəzi detallara aydınlıq gətirib. Camal Qaşıqçıdan əvvəl konsulluğa 15 nəfər daxil olub və bir saat sonra binanı tərk ediblər. Həmin naməlum şəxslər iki ölkədən təyyarə ilə Türkiyəyə gəliblər. Bütün detallar məlum olduqdan sonra konsulluğun binası qarşısında cənazə namazı qılınacaq”.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud isə deyib ki, ölkəsi C.Qaşıqçı ilə bağlı heç nəyi gizlətmir: “Gizlədiləcək bir şey yoxdur. İstəsələr konsulluqda axtarış apara bilərlər”.
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Muhammad əl-Otaibi konsulluğun 6 mərtəbəli binasını “Reuters”in müxbirlərinə gəzdirib. O, Camal Qaşıqçının binada olmadığını onlara göstərmək istədiyini bildirib: "Səfirlik onun tapılması istiqamətində fəaliyyət göstərir“.
Onun sözlərinə görə, konsulluğun binasında kameralar olsa da, çəkiliş aparılmır: “Bu səbəbdən də görüntülər tapılmayıb”.
Konsul Muhammad əl-Otaibi jurnalist C.Qaşıqçının öldürülməsini şayiə adlandırıb.
Xatırladaq ki, C.Qaşıqçının ailə üzvlərinin çoxu ABŞ vətəndaşıdır. Özü də ABŞ vətəndaşlığı almaq üçün bəzi mərhələləri keçibmiş.