Balaxanıda fotosessiya izdihamı - Video
    • 7-09-2020, 12:27
    • 861

Balaxanıda fotosessiya izdihamı - Video

Ötən gün sosial şəbəkələrdə Balaxanı qəsəbəsində çoxsaylı vətəndaşların bir yerə yığışmasını əks etdirən video yayılıb. Məlum olub ki, həmin izdihamı son günlər qəsəbənin xarici görünüşünün dəyişilməsi ilə əlaqədar orada foto çəkdirmək istəyən şəxslər yaradıb. 

News24.az
xəbər verir ki, məsələylə bağlı Balaxanı icra nümayəndəliyi açıqlama verib. 

Bildirilib ki, izdihama səbəb Balaxanıya təşkil edilən ekskursiya olub: “Toplaşanlar kənd camaatı idi. Onlar qəsəbədə yaradılmış şəraitlə tanış olublar. Bu zaman  da fotossesiya etmək istəyiblər. Yəni dünənki toplaşmada hər hansı başqa məsələ yoxdur”. /Qafqazinfo.az/