-
- 7-09-2020, 16:01
- 677
DİM memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə (subbakalavrlara) müraciət edib.
Mərkəzdən News24.az-a verilən məlumata görə, memarlıq ixtisasına qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər(subbakalavrlar) qabiliyyət imtahanına buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisasına qəbul üçün keçirilən müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.
Abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verməlidirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər (subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanır.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı memarlıq ixtisası ilə yanaşı, I qrup üzrə digər ixtisasları da elektron ərizədə qeyd edə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci sayında verilib.