Fatih Terimi AĞLADAN VİDEO
    • 7-09-2020, 16:48
    • 705

Fatih Terimi AĞLADAN VİDEO

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib. 

News24.az xəbər verir ki, klub Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb.

Onların arasında İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, "sarı-qırmızılar"ın əfsanəvi futbolçuları George Hacı, Didye Droqba, Uesli Sneyder, həmçinin Felipe Melo, Yohan Elmander, Yuto Naqatomo, Mariano, Maykon kimi oyunçular da olub. 

Videonu izləyən Terimin gözləri yaşarıb. 

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyununda "Neftçi"nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.