-
- 25-03-2020, 20:34
- 1 635
Fatih Terimi koronavirusa o yoluxdurub - İDDİA
Məlum olduğu kimi "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
News24.az xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb.
Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa "Qalatasaray"ın rəsmisi Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb.
"Beşiktaş" klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Rəqib "Beşiktaş"ın bütün heyətinin koronavirus testi mənfi çıxmışdı və Türkiyə mediasının ortaya atdığı iddiaya görə, Terimin Albayrakla yaxınlığı onun bu virusa tutulmasına səbəb olub.