-
- 7-09-2020, 17:40
- 831
Hər kəsin diqqətində olan QƏRAR - Təhsil Nazirliyi AÇIQLADI
Xəbər verdiyimiz kimi,Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
Təhsilin Nazirliyinin məlum qərarına News24.az-da münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, yerində və düşünülmüş bir qərardır: "Azərbaycanda koronavirusa yoluxma sayı ölkədə aparılan siyasət nəticəsində ikirəqəmliyə düşüb. Təhsil öz ətrafında kifayət qədər insan kütləsi birləşdirib. Bu qədər insanın tam şəkildə tədris prosesinə qoşulması ciddi təhlükə yarada bilərdi. Bu baxımdan məktəblərdə dərslər növbəli şəkildə olacaq.
Mərhələli şəkildə təhsilin bərpası və başlaması labüddür. Bu qərarı müsbət qiymətləndirirəm. Çünki tam formada onlayn olduqda problemlər meydana çıxırdı. Uşaqların elektron resurslarının olmaması mənimsəmədə çətinlik yaradırdı. Kifayət qədər doğru addımdır. Bu addım yoluxmaya nəzarət etməyə imkan verəcək. Yoluxmalarda ciddi artım olmayacağı təqdirdə ali təhsil mərkəzlərində təhsilin bərpası gözləniləndir".
Məhərrəm Əliyev