-
- 8-09-2020, 13:34
- 855
BNA terminallardakı PROBLEMLƏRDƏN DANIŞDI: “HƏFTƏLİK və ya ON BEŞ GÜNLÜK gediş yükləyin”
Son zamanlar "BakıKART" terminalları ilə bağlı saytımıza daxil olan şikayətlər artmaqdadır. Vətəndaşlar bildirir ki, metro stansiyalarında, avtobus dayanacaqlarında və mətbuat köşklərində quraşdırılan terminalların sayı azdır və bir çoxunda xidmət düzgün işləmir.
Məsələ ilə bağlı News24.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, müəyyən səbəblərdən terminallarda bəzi problemlər yaranıb:
“Bu gün Dəmiryol vağzalı ilə üzbəüz yerləşdirilən "BakıKART" terminalının dolma səbəbi sərnişin sayının çox olması ilə əlaqədardır. Yəni kassa dolduğundan müvəqqəti işləməyib. Həmin kassa boşaldılandan sonra istifadəyə yararlı olub və indi də fəaliyyətdədir. Hazırda Dəmiryol vağzalında hər iki terminal işləkdir.
Metrolar fəaliyyət göstərməsə də, girişlərdə yerləşən terminalların açılmasını Bakı Metropolitenindən xahiş etmişik. Səhər və axşam pik saatlarda həmin terminallar xidmət göstərir. Mərkəzi Bank və Sahil metro stansiyası ətrafında olan quraşdırılanlar isə “MilliÖn”ə aid ödəmə terminallarıdır. Hazırda “MilliÖn”lə danışıqlar aparırıq ki, həmin ödəmə terminallarında olan problemləri aradan qaldırsınlar.
Ümumən sərnişinlərimizdən xahiş edirəm ki, bu məsələdə bir qədər tədbirli davransınlar. Əvvəlcədən balanslarını artırsınlar ki, sonradan bu cür xoşagəlməz hallarla qarşılaşmasınlar. Hazırda karantin rejimindəyik və metronun fəaliyyəti bərpa olunmayıb. Sərnişinlərimiz nə qədər tədbirli davransalar, həftəlik və ya on beş günlük gedişləri balanslarına yükləsələr, bir o qədər özlərinə xeyir etmiş olarlar”.
Məhərrəm Əliyev