İndiyədək imtahan proseslərində koronavirusa yoluxan olmayıb - RƏSMİ
    • 8-09-2020, 15:33
    • 665

İndiyədək imtahan proseslərində koronavirusa yoluxan olmayıb - RƏSMİ

İndiyədək imtahan proseslərində koronavirusa heç bir yoluxma qeydə alınmayıb.

News24.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, iyunun 1-dən başlayaraq, Dövlət İmtahan Mərkəzi imtahanlar keçirməyə başlayıb. İndiyədək 288 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib: “Pandemiya şəraitində bütün sanitar-gigiyenik normalara riayət edilib”.

M.Abbaszadə qeyd edib ki, sentyabrın 10-da buraxılış imtahanı verməyənlər üçün buraxılış imtahanları, sentyabrın 11-də jurnalistikaya qabiliyyət imtahanı, daha sonra isə rezidenturaya qəbul imtahanı keçiriləcək. Beləliklə, imtahanda iştirak edənlərin sayı 400 minə yaxın olacaq.