-
- 9-09-2020, 15:56
- 691
Türk filmlərinin tərcümə ilə verilməsi doğru deyil - DEPUTAT
Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb.
Bunu News24.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır: "Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir. Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması həm də hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu paltformalarda da onları güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qradaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media paltformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Yəni Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq".
H.Babaoğlu əlavə edib ki, bu da məsələnin hamısı deyil. Çünki Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni-yeni tərəfdaşlar da cəlb edəcək: "Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məslələrə kiçik korrektələr də edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılımasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Eləcə də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filimləri yayımlansın və bu tərcüməsiz, uzaqbaşı altyazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, inanın ki, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnalogiya, elmi-texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar sözün əsl mənasında bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə-Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar".