Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürdü
    • 10-09-2020, 12:23
    • 412

Bakı sakini bir yaşlı bacısı oğlunu avtomobillə vuraraq öldürdü

Bakıda yol qəzası baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 9-u saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu, 1 yaşlı Ziya Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.