Baba 3 yaşlı nəvəsini avtomobillə vurub öldürdü - Azərbaycanda dəhşət
    • 7-09-2018, 13:54
    • 944

Baba 3 yaşlı nəvəsini avtomobillə vurub öldürdü - Azərbaycanda dəhşət

Yevlax rayonunda baba nəvəsini avtomobillə vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən news24.az-a verilən məlumata görə, sentyabrın 6-da saat 17 radələrində Yevlax şəhər sakini Novruz Nağıyev "Volkswagen” markalı avtomobili idarə edərkən evinin həyətində nəvəsi - 3 yaşlı Ramiz Əlizadəni vurub. 


Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.