İlon Mask övladının ADINI UNUTDU - VİDEO
    • 11-09-2020, 10:17
    • 538

İlon Mask övladının ADINI UNUTDU - VİDEO

Amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask və sevgilisi Kler Buşenin uşaqlarına X Æ A-12 adını verməsi insanlar tərəfindən təəccüblə qarşılanmışdı. 

News24.az xəbər verir ki, Mask müsahibə verərkən 4 aylıq körpəsinin əhvalını soruşan jurnalistə sualı anlamadığını və təkrarlamasını xahiş edib. 

Daha sonra övladından söhbət getdiyini anlayan milyarder adın kod kimi səsləndiyini və onun yaxşı olduğunu bildirib. 

Qeyd edək ki, ötən günlərdə müğənni Kler Buşe öz tvitter hesabında yeni doğulan körpənin adının mənasını açıqlayıb. Belə ki, “X Æ A-12” adlı körpənin adında ilk hərf olan X - naməlum dəyişən, Æ - Kler Buşenin süni intellekt və sevgi sözü üçün işlətdiyi xüsusi simvol, A-12 - ABŞ-ın bir vaxtlar dünyada ən sürətli kəşfiyyat təyyarəsi olan “Lockheed A-12”, həmçinin A hərfi isə müğənnin ən sevdiyi mahnı “Archangel” mənasına gəldiyi qeyd edib.

Məhərrəm