Müəllimlər dərs vaxtı maskadan əlavə olaraq üz sipərindən də İSTİFADƏ EDƏCƏK
    • 11-09-2020, 16:36
    • 796

Müəllimlər dərs vaxtı maskadan əlavə olaraq üz sipərindən də İSTİFADƏ EDƏCƏK

“Təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır. Müəllim və məktəb heyəti isə mütləq maska taxmalıdır. Müəllimlər dərs vaxtı əlavə olaraq üz sipərindən də istifadə edəcək".

News24.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında çıxışı zamanı deyib.

R.Ağayev qeyd edib ki, hər hansı müəllimdə koronavirusla əlaqəli şübhəli simptomlar aşkar olunsa onlar test ediləcək.

Təhsil nazirinin müşaviri bildirib ki, peşə və ali təhsil ocaqlarında maska taxılması məcburidir.