Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
    • 11-09-2020, 16:24
    • 608

Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb

"Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb. Həmçinin, məktəblərimiz dezinfeksiyaedici maddələrlə təmin olunacaq".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.