Mingəçevirdə qadın qonşusunu bıçaqlayıb
    • 13-09-2020, 11:24
    • 535

Mingəçevirdə qadın qonşusunu bıçaqlayıb

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib.

Mübahisə zamanı 1940-cı il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.