Mingəçevirdə ər arvadını iş yerində bıçaqladı
    • 8-09-2020, 16:37
    • 612

Mingəçevirdə ər arvadını iş yerində bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi olub. 

Hadisə Heydər Əliyev prospektində yerləşən aptekdə qeydə alınıb.

Orada işləyən 1980-ci il təvəllüdlü Könül Mirzəliyeva iş yerində bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qadını həyat yoldaşı Anar İsmayılov şəxsi münasibətlər zəminində bıçaqlayıb. 

Faktla bağlı araşdırma gedir. /qafqazinfo/