-
- 14-09-2020, 12:31
- 980
"Axı niyə bəziləri dünya malını şəhid adından üstün tutur?" - Ruhi Əliyeva
"Həmin gün çox üzüldüm. Şəhid Vüqar Sadıqovun övladlarını və xanımını çox üzgün gördüm. Onun xanımının hüquqlarının pozulması, təzyiqə məruz qalması, üstəlik hüquqlarını bilməməsi və müdafiəsiz qalması məni xeyli düşündürdü. Axı niyə bəziləri dünya malını şəhid adından üstün tutur? Bununla canını torpaq uğrunda fəda etmiş şəhidimizi hörmətsiz etmirlərmi?!.."
News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva "İnstagram" hesabında Tovuz döyüşlərində şəhid olan Vüqar Sadıqovun ailəsi ilə bağlı etdiyi paylaşımında yazıb. Bu günlərdə şəhid ailəsini ziyarət edən R.Əliyeva, sözlərinə belə davam edib: "Bu üç balanı anaları ilə birlikdə evdən qovanlar və incidənləri mühakimə etməyi sizin ixtiyarınıza buraxıram və bu barədə danışmaq istəmirəm. Bir şeyi dərk edirəm ki, bu gözəl balalar alınıaçıq və başı dik yaşamağa layiqdirlər. Axı onların atası igidlik və mərdlik nümayiş etdirib. Heç kəsin bu uşaqların gözündən bir damcı yaş axıtmağa ixtiyarı yoxdur. Vüqarın oğul yadigarı olan Yaşarın gözlərinə diqqətlə baxın... Bu gözlərdə nə qədər məğrurluq, ləyaqət və doğma bacılarını qorumaq əzmi var. Atanın çörəyi və ananın südü sənə halal olsun, Yaşar bala. Tanrı Sizləri pənahında saxlasın!"